Bakı polisinə yeni rəis müavini təyin edildi
11:07 02 Dekabr 2020

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.
Femida.az-ın Report-a istinadən verdiyi xəbərə görə, polis polkovniki Vüqar Ələkbərov BŞBPİ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Teymur Hacıyev tuturdu. Bir neçə gün əvvəl polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.
Femida.az
Oxunub: 341
Oxşar xəbərlər
- Hərbçilərin maaşının azaldılıb? - RƏSMİ AÇIQLAMA
- Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit deyil
- Polislər karantini pozub məclis təşkil edib? - DİN-dən açıqlama - VİDEO
- QANUN DƏYİŞİR: bu cərimələr azaldılır
- ŞAD XƏBƏR - Bu CƏRİMƏLƏR LƏĞV EDİLİR
- Prezident yeni qurum yaratdı (FƏRMAN)
- Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
- Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
- Kiçik qəza zamanı sürücü hadisə yerini tərk edə bilər - YENİLİK
- Qanuna dəyişiklik edilir - Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?