Şuşaya yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
13:41 02 Dekabr 2020

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.
Bu barədə Femida.az-a Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq AAYDA-nın canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.
Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Qeyd edək ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 km, yolun ümumi eni isə 37,7 m təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 m olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
Femida.az
Oxunub: 339
Oxşar xəbərlər
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan çavuşu
- Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib
- 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO
- Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri üçün hazırlıqlar başladı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək
- Şuşada beşmərtəbəli binada yanğın olub
- Daxili Qoşunların Şuşada şəhid olan çavuşu
- Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
- Şuşa elektriklə təmin edildi - VİDEO