"Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıyıq" - Putin


14:22     02 Dekabr 2020 959870-vladimir-putin.jpg


"Rusiya Qarabağda göstərilən humanitar səylərə MDB, KTMT üzvü olan tərəfdaş ölkələrin də qoşulmasında maraqlıdır".

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşünü açarkən bildirib.

O, həmçinin Azərbaycan, Rusiya, Ermənistan arasında Qarabağla bağlı razılaşmalarının həyata keçirildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, bölgədə 5 humanitar mərkəz yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 211