Gədəbəydə evi tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edildi
14:33 02 Dekabr 2020

Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Səbətkeçməz kənd sakinləri Asəf Mehvalıyev və Şəhla Bağırova ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 266
Oxşar xəbərlər
- Gədəbəydə yük maşınında yanğın olub
- Gədəbəydə avtomobillər toqquşub, ölən var
- Gədəbəydə fərdi yaşayış evində yanğın olub
- Gədəbəydə arvadını öldürmək istəyən şəxsə cinayət işi başlanıb
- Gədəbəydə yol qəzasında 4 nəfər xəsarət alıb
- Gədəbəydə ana və qızını maşın vurub
- Gədəbəydə hərbi sursatlar tapılıb
- DİN Gədəbəydəki qəza ilə bağlı məlumat yaydı
- Gədəbəydə iki avtomobil toqquşub, ana və oğlu ölüb
- Gədəbəydə ağır qəza: Yaralılar var