Partlayıcı oyuncaq satanlar tutulub


17:39     17 Dekabr 2015 kinder.jpg

Bakıda yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar müsadirə edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olanları saxlayıb.

Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd partlayıcı oyuncaq aşkarlanıb.

Açar sözlər:

Oxunub: 962