“Karantin sərtləşdirilməsə, yoluxma azalmayacaq” - AÇIQLAMA


15:22     02 Dekabr 2020 2020/12/karantin_es_1606908158.jpg


"Sərt tədbirlər görülmədən yoluxma sayı azalmayacaq".

Femida.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, sərt tədbirlər nəticəsində 2 həftə ərzində yoluxma sayı azala, vəziyyət nəzarət altına alına bilər və ondan sonra yenidən yumşalmalara getmək olar.

"Ciddi tədbirlər görülməlidir. Çalışmaq lazımdır ki, insanlar bir yerə toplaşmasın. Bunun üçün nə qədər sərt tədbirlər görülmüş olarsa, effektiv nəticə verər. Buna gedilməsə, xəstəxanalarda xəstələrə yer qalmayacaq. Türkiyə kimi güclü səhiyyəsi olan ölkədə xəstələri yerləşdirmək üçün yer yoxdur".

Açar sözlər:

Oxunub: 374