Müəllimlərin işə qəbulu üçün onlayn müsahibə keçiriləcək
15:52 02 Dekabr 2020

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.
Namizədlər dekabrın 4-dən onlayn müsahibələrdə iştirak etmək üçün şəxsi səhifələrində təlimatla tanış ola bilərlər. 6 dekabr saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.
Femida.az
Oxunub: 244
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
- Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı
- Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir
- Müəllimlərin maskadan istifadəsi məcburi olacaq
- Müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır
- Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlanıb
- Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi