Bakıda bələdiyyə sədri koronavirusdan öldü


16:56     02 Dekabr 2020 20_12_02_1606913805.jpg


Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.


"Report"un məlumatına görə, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək bələdiyyənin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə yenidən bələdiyyə sədri seçilib.

Femida.az

Açar sözlər: #bələdiyyə   #koronavirus  

Oxunub: 547