Təhsil naziri müharibədə iştirak edən tələbələrlə bağlı AÇIQLAMA
16:59 02 Dekabr 2020

“Koronavirusla bağlı təhsildə yeni dövr qeyri-müəyyəndir. Ona görə də şikayət ab-havasından irəliyə düşüncə ab-havasına keçməliyik”.
Femida.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir eyni zamanda müharibə iştirak edən gənclərin təhsil haqlarından azad edilmələri üçün hər hansı addımların atılıb-atılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu qəbildən olan şəxslər üçün müəyyən güzəştlər var:
“Düşünürəm ki, hazırda ölkəmiz prosesin hələ ortasındadır. Zəfər əldə edilib, ancaq prosesin nəticələri qiymətləndirilir. Azərbaycan dövləti hər zaman vətəndaşı üçün müvafiq şərait yaradır. Təbii ki, müharibə veteranlarının da layiqli şəkildə əməyinin qiymətləndirilməsi məndə heç bir şübhə yaratmır. Qazilərlə bağlı məsələyə status kimi baxmalıyıq. Həmin vətəndaşlarımızın hansı statusa malik olması və nə kimi güzəştlərə sahib olması müəyyənləşdirilməlidir”.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
- Təhsil naziri virtual dərslərə girməyən müəllimlərlə bağlı məsələyə aydınlıq gətirib
- Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub
- Təhsil Nazirliyindən xəbərdarlıq
- Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadıldı
- Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn müşavirəsi keçirilib
- Təhsil naziri iki müəllimi mükafatlandırıb
- Təhsil işçilərinin vəzifə maaşlarına iki misli məbləğində əlavələr ediləcək - RƏSMİ
- Təhsil Nazirliyi və DİM birgə açıqlama yayıb
- Təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq