Gələn həftədən Rusiyada kütləvi peyvəndlənmə başlayacaq


18:22     02 Dekabr 2020 20_12_02_1606919022.jpg

Rusiya prezidenti Vladimir Putin ölkənin baş nazirinin müavini Tatyana Qolikovaya koronavirusa qarşı kütləvi peyvəndlənmənin aparılmasını tapşırıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, peyvəndləmə gələn həftənin sonundan başlayacaq.

Vətəndaşlara "Sputnik V" vaksini vurulacaq. Peyvəndlənmə könüllü və pulsuz olacaq.

Açar sözlər:

Oxunub: 362