Həbsxanaya ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb


18:37     02 Dekabr 2020 20_12_02_1606919892.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Femida.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilən banderola baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 529