Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib
18:53 02 Dekabr 2020

Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.
Femida.az xəbər verir ki,Kürdəmir rayon Xırdapay kənd ərazisində yerləşən “Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Polis Şöbəsinə gətirilib.
Rayon Polis Şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir rayon Məhkəməsinə aparıblar.Sonda Məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.
Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.(Report)
Oxunub: 333
Oxşar xəbərlər
- Kürdəmirdə qatar yeniyetməni vurub
- Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər hadisə yerində ölüb
- Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
- Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb
- Kürdəmirdə yas mərasimi keçirənlər saxlanıldı
- Kürdəmirdə qadını öldürərək yandıran şəxs 2 ildən sonra tapıldı
- Kürdəmirdə qətl törədən şəxsin məhkəməsi başlayır
- Kürdəmirdə ər arvadının üzərinə benzin töküb yandırdı
- Kürdəmirdə 2 avtomobil toqquşdu, xəsarət alanlar var
- Kürdəmirdə oğlunu öldürən ata tutuldu