Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
19:00 02 Dekabr 2020

Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.
O, Azərbaycan Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Oxunub: 245
Oxşar xəbərlər
- Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü
- Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib
- Azərbaycanda 51 ali təhsil müəssisəsi var
- Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
- Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb
- Azərbaycanda jurnalist qətlə yetirilib - FOTO
- Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir
- Azərbaycan yeni dronlar istehsal edəcək
- Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb