ÜST maska taxma qaydalarını sərtləşdirdi
19:07 02 Dekabr 2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris yalnız qapalı yerlərdə deyil, həm də açıq havada maska taxmağa çağırıb.
Femida.az “Reuters”ə istinadən xəbər verir ki, M.Harris kifayət qədər havalandırma olmayan yerlərdə sosial məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq qoruyucu maskalar taxmağın vacib olduğunu söyləyib.
Universitetlər və məktəblər də daxil olmaqla, bütün ictimai yerlərdə daim maska taxmaq məsləhət görülüb.
Məkan yaxşı havalandırılsa da, orada azı bir metr sosial məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək lazımdır.
Bu qayda açıq məkanlara da tətbiq olunur: küçədə digər yoldan keçənlərlə məsafə saxlamaq mümkün deyilsə, maska da taxmaq lazımdır.
M.Harris qaydaların belə sərtləşdirilməsinin pandemiya dövründə ən ciddi hallardan biri olduğunu vurğulayıb.
Oxunub: 252
Oxşar xəbərlər
- ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək
- ÜST-dən COVID-19-la bağlı XƏBƏRDARLIQ - Yeni ildən sonra...
- ÜST Oqtay Şirəliyevə təşəkkür edib
- ÜST Avropada koronavirusa yoluxma hallarının artmasından narahatdır
- ÜST COVID-19-un mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb
- ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb
- ÜST-ün missiyası Azərbaycana gəlib
- ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqlayıb
- Üstündə mobil telefon aşkarlanan 2 nəfər qəbul imtahanından xaric olunub
- ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib