Cavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib
21:12 02 Dekabr 2020

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.
Femida.az -ın xəbərə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.
Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.
Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, - deyə bildirilib.
Oxunub: 337
Oxşar xəbərlər
- Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
- Çavuşoğlu: "Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir"
- Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub
- Çavuşoğlu Zəriflə danışdı, şeir məsələsinə aydınlıq gətirildi
- Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
- Çavuşoğlu qələbə münasibətilə Ceyhun Bayramovu və Azərbaycan xalqını təbrik edib
- Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi
- Çavuşoğlu Lavrovla Dağlıq Qarabağı müzakirə etdilər
- Çavuşoğlu İlham Əliyevlə görüşdən foto paylaşdı
- Çavuşoğlu alman nazirlə Qarabağı müzakirə etdi