NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir


09:53     03 Dekabr 2020 2020/12/1606960914088_vcbtHyHM_1606967675.png

Rusiya 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə olaraq qalacaq.

Femida.az -ın RT-yə istinadən verdiyi məlumata görə, belə bir proqnoz təşkilatın hesabatında yer alıb.

“2030-cu ilədək uzun bir müddətdə Rusiyanın Şimali Atlantika İttifaqı üçün əsas hərbi təhlükə olaraq qalması ehtimalı böyükdür”, - sənəddə belə deyilir.


Sənəddə qeyd olunur ki, “belə bir faktorla qarşılaşan NATO səy və həmrəylik göstərməli”, lakin “Rusiya rəhbərliyi daha konstruktiv bir yol seçərsə, dialoqa açıq qalmalıdır”.

Açar sözlər:

Oxunub: 301