Fransada məscidə qarşı təhqiramiz hərəkətlər edilib
09:33 03 Dekabr 2020
Paris yaxınlığında, Breteni-sür-Orj şəhərində yerləşən bir məscidə qarşı təhqiramiz hərəkət edilib.
Femida.az
xəbər verir ki, bu barədə “France Press” agentliyi (AFP) şəhər rəhbərliyinə istinadən məlumat yayıb.
Naməlum şəxslər səhər tezdən avtomobili məscidin qapısından içəriyə salıblar. Onlar içəridəki yanğınsöndürən balonlarının tərkibini ibadət zalına boşaldıblar.
Cinayətkarlar yerli sakinlərdən biri tərəfindən aşkar edildikdə ərazidən qaçıblar. Daha sonra polis məscidin qapısını sındırmaq üçün istifadə olunmuş avtomobili qonşu kommunanın ərazisində yanmış vəziyyətdə tapıblar.
Agentlik ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, 2019-cu ildə Fransada müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəlmiş əməllərinin sayı 54% artıb.
Oxunub: 344
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransada azərbaycanlı və erməni azarkeşlər arasında insident baş verib
- Fransada koronavirus pandemiyasının beşinci dalğası başlayıb
- Fransada erməni və gürcülərdən ibarət cinayətkar qruplaşmanın üzvləri saxlanılıb
- Azərbaycanın Fransadakı səfiri tələbələrlə görüşüb
- Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var
- Fransada təyyarə qəzası baş verib, ölənlər var
- Fransada məscid binası təhqir olunub