ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ


09:59     03 Dekabr 2020 20_12_03_1606974534.jpg

Ötən həftənin yekunlarına görə (23-27 noyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 0,68 mln. barel azalaraq 488,04 mln. barel təşkil edib.

Femida.az -ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,36 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Açar sözlər:

Oxunub: 437