BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb


13:16     03 Dekabr 2020 20_12_03_1606987011.jpg


BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.

Məlumatı “New York Times” yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən 53 üzv ölkədən 27-si - ABŞ və Aİ ölkələr daxil olmaqla - bu qərarın lehinə, 25-i - Rusiya və Çin daxil olmaqla - əleyhinə səs verib. Yalnız Ukraynanın bitərəf qaldığı vurğulanıb.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin yanvarında verdiyi tövsiyə əsasında qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 723