Zəngilanda növbəti ağacəkmə tədbiri keçirilib
13:24 03 Dekabr 2020
Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib.
Femida.az-ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib.
M.Səfərovun sözlərinə görə bu, Zəngilan rayonu ərazisində keçirilən ikinci əkin-bərpa tədbiridir, bundan əvvəl rayon ərazisində Şərq çinarları əkilmişdi: “Xatırladım ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Zəngilanda 1 tondan çox çətənə məhv edilib
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zəngilanda zəlzələ olub
- Zəngilanda silah-sursat aşkar edilib
- Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub- YENİLƏNİB(FOTOLAR)
- Zəngilanda Ərdoğanın qarşılanma mərasimi keçirilib - VİDEO
- Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub
- Zəngilanda yaradılan “ağıllı kənd”in hazır olacağı tarix açıqlanıb
- Zəngilanda narkotik tərkibli bitkilər aşkar edilib