Polis Suqovuşan və Talışda xidmətə başladı


13:57     03 Dekabr 2020 20_12_03_1606989456.jpg


Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.

Femida.az

Açar sözlər: #polis   #Madagiz   #Suqovuşan   #DİN  

Oxunub: 657