MN: Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək hərbi əməliyyatdır


15:04     03 Dekabr 2020 20_12_03_1606995406.jpg


Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub:

"Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb".

Femida.az

Açar sözlər:

Oxunub: 528