Türkiyənin sabiq müdafiə naziri vəfat edib


16:31     03 Dekabr 2020 20_12_03_1606999317.jpg


Türkiyənin keçmiş milli müdafiə və milli təhsil naziri Nevzat Ayaz 90 yaşında vəfat edib.

N.Ayaz noyabrın 22-si septik şok diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.

Həkimlərin bütün səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. N.Ayaz bu gün səhər saatlarında düynasını dəyişib.

O, İstanbulda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nevzat Ayaz 1991-ci ildən 1993-cü ilədək milli müdafiə, 1993-cü ildən 1995-ci ilədək isə milli təhsil naziri işləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 467