Ombudsmanın nümayəndələri Şəki Psixiatriya Xəstəxanasına başçəkmə edib
17:28 03 Dekabr 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Femida.az-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmədə məqsəd yeni növ Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
www.smartzone.az
Daha ətraflı
Başçəkmə zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi məlum olub.
Yekunda saxlanma şəraiti və rəftarla bağlı milli və beynəlxalq qanunvericiliyin tələbləri müəssisə rəhbərliyi və əməkdaşların diqqətinə çatdırılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasınının zəruriliyi qeyd olunub.
Femida.az
Oxunub: 759
Oxşar xəbərlər
- Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər
- Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib
- Ombudsmanın illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın məruzəsi Milli Məclisə təqdim edildi
- Ombudsmanın nümayəndələri bu yerlərdə nöqsanlar aşkarladı
- Ombudsmanın nümayəndələri uşaq evinə başçəkmə keçirdi - Nöqsanlar aşkarlandı
- Ombudsmanın Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərildi
- Ombudsmanın hesabatları Ermənistanın cinayətlərini sübut edir