Ombudsman Aparatı: Əfqan Sadıqovun vəziyyəti diqqət mərkəzindədir
19:59 03 Dekabr 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Əfqan Sadıqovun vəziyyətini və hüquqlarını diqqət mərkəzində saxlayır.
Bu barədə Femida.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına keçirilən başçəkmələr çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Əfqan Sadıqov iki dəfə konfidensial qaydada qəbul olunub. Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib. Əfqan Sadıqova hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.
Eyni zamanda qeyd olunmalıdır ki, hər gün BİT-in rəhbərliyi və bu müəssisənin Tibb-sanitar hissəsi ilə əlaqədə həmin şəxsin səhhəti nəzarətdə saxlanılır, ailə üzvlərinə bu barədə məlumat verilir.
Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanlanmış ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət də olunub.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"