İraqda İŞİD terrorçuları yaxalanıb
09:19 04 Dekabr 2020

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar.
Femida.az -ın məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal "Anadolu" agentliyinə bildirib.
Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib.
O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı təhlil edib və reydlər aparıb.
Əli Kamalın sözlərinə görə, terrorçular ilkin dindirmələrdən sonra məhkəməyə aparılıb.
Oxunub: 182
Oxşar xəbərlər
- İraqda 340 nəfər edam olunacaq
- İraqda həbsdə və uşaq evlərində olan 194 azərbaycanlı azyaşlı ölkəyə gətirilib
- İraqda bayram günlərində terror aktı planlaşdıran ekstremist həbs edildi
- Türkiyə ordusunun İraqdakı əməliyyat zamanı bir neçə terrorçu məhv edilib
- İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb
- Türkiyə Müdafiə Nazirliyi: İraqda 8 terrorçu məhv edilib
- İraqdan Azərbaycana 112 uşaq göndərildi
- İraqda polisə toqquşmalar zamanı 12 aksiyaçı ölüb
- NATO İraqdakı təlim missiyasını dayandırıb
- İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirib