Müxalifət sabah Paşinyanın xəyanət faktlarını açıqlayacaq


09:44     04 Dekabr 2020 2020/12/5c5ddd13-ce9b-34ad-9f8f-6851250d85ed_850_1607056154.jpg

Ermənistan müxalifəti və ziyalıları dekabrın 5-də saat 15:00-da Yerevandakı “Azadlıq” meydanında ümumxalq mitinqi keçirəcək.

Femida.azxəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb.

"Mitinqin gedişatında baş nazir vəzifəsinə vahid namizəd Vazgen Manukyan (Manukyanın namizədliyi-red) təqdim ediləcək. Bundan başqa, NP-nin (Nikol Paşinyan – red) torpaqlarla bağlı xəyanət faktları açıqlanacaq", - o sosial şəbəkədəki hesabında yazıb.

Daha əvvəl bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.

Açar sözlər:

Oxunub: 189