Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib


10:59     04 Dekabr 2020 20_12_04_1607063722.jpg

Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

Femida.az -ın məlumatına görə, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 404