Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək
12:31 04 Dekabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.
Femida.az xəbər verir ki, nazirliyin əməkdaşları ailə ilə görüşərək yaşayış vəziyyətlərini öyrənib.
Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.
Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.
Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.
Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.
Oxunub: 762
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib