Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb


12:41     04 Dekabr 2020 20_12_04_1607071385.jpg

Kürdəmir rayonunda yol qəzası baş verib.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 3-ü saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Yevlax rayon sakini S.Hüseynov idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili ilə yolun kənarında velosiped sürən kənd sakini Əlmurad İsrafilovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən raşdırma aparılır.

Açar sözlər:

Oxunub: 380