Milli Məclisin sədri anım günü ilə bağlı paylaşım edib


13:03     04 Dekabr 2020 2020/12/2531FF82-46E4-4D58-8A5E-C17E6CFF619C_1607072720.jpeg

Milli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib.

Femida.az xəbər verir ki, paylaşımda deyilir:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik".

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 339