Bakıda qadına qarşı soyğunçuluq edilib


13:11     04 Dekabr 2020 2020/12/B378AB60-AAB1-4AA1-9F77-708313686E93_1607073300.jpeg

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, dekabrın 3-də saat 19 radələrində Binəqədi rayonu ərazisində bir nəfər Bakı şəhər sakini F.Tağıyevanın içərisində pulu və mobil telefonu olan çantasını alıb qaçarkən ərazidə xidmət aparan rayon Mühafizə İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində saxlanılaraq 5-ci Polis Bölməsinə təhvil verilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Fərəməzov olması müəyyən edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 192