Ermənistan tərəfi 700-ə yaxın meyit götürüb
16:01 04 Dekabr 2020

Ermənistan tərəfi indiyədək axtarış nəticəsində 693 hərbçisinin meyitini aşkarlayaraq götürüb.
Femida.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, axtarışlar davam edir və cəsəd mübadiləsi mütəmadi olaraq həyata keçirilir.
Qarabağ separatçılarının nümayəndəsi Unan Tadevosyan axtarışlar zamanı yalnız bir nəfəri Şuşada sağ tapdıqlarını deyib. Onun sözlərinə görə, hələ Zəngilan, Füzuli, Cəbrayıl, Hadrutun cənub bölgələrində axtarış aparılmır.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Yüksək vəzifəli rus zabitlərinin iştirakı ilə əsirlərin mübadiləsinə dair danışıqlar aparılır, lakin hələ nəticə yoxdur.
Femida.az
Oxunub: 213
Oxşar xəbərlər
- Ermənistan prezidenti xəstəxanadan buraxılıb
- Ermənistanda Qarabağa görə deputatı döydülər
- Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
- Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb
- Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
- Ermənistanda son sutkada 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
- Ermənistanda son sutkada 12 nəfər koronavirusdan ölüb
- Ermənistan XİN-in əsassız ittihamlarını rədd edirik - RƏSMİ
- Ermənistanda koronavirusa yoluxanların sayı 163 mini ötdü
- Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb