Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verib


16:25     04 Dekabr 2020 2020/12/3A1B7004-83A1-4E99-A624-520F7803017E_1607084793.jpeg

Qazaxıstanın Bakıdakı səfirliyi Vətən müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Femida.az-ın məlumatına görə, bu barədə səfirliyin açıqlamasında deyilir.

“Qazaxıstan Respublikasının səfirliyi həlak olmuş döyüşçülərin ailələrinə və yaxınlarına başsağlığını verir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edir”, - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 533