Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı
16:50 04 Dekabr 2020

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.
Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.
Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 218
Oxşar xəbərlər
- Saatlıda şəhid hərbçi dəfn edilib
- Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi
- Saatlı sakinindən 2 kq-dan artıq narkotik və psixotrop maddələr götürülüb
- Saatlıda koronavirus xəstəsinə cinayət işi açılıb
- Saatlıda ev yanıb
- Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoruna cinayət işi açılıb
- Saatlı sakinini bıçaqlayan şəxs tutulub
- Saatlıda polis toyu yarımçıq dayandırdı
- Saatlı sakini ehtiyatsızlıqdan anasını öldürdü
- Saatlıda mənzildən 4800 manat pul oğurlanıb