XİN rəhbəri latviyalı həmkarı ilə telefonla danışdı
16:52 04 Dekabr 2020

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Femida.az
Oxunub: 203
Oxşar xəbərlər
- XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT
- XİN məlumat yaydı
- XİN Azərbaycanla Ermənistan arasında viza məsələsinə aydınlıq gətirdi
- XİN 2020-ci ildə nələr etdi? - HESABAT
- XİN Niderland Parlamentinin qətnamələrinə etiraz etdi
- XİN Belçika parlamentinin qətnaməsinə münasibət bildirib
- XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı AÇIQLAMA
- XİN-dən fransalı deputatların Qarabağa gedəcəyi xəbərinə münasibət
- XİN Azərbaycana dəymiş ziyanla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq
- XİN Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərib