Azərbaycan Fransaya nota verdi
17:05 04 Dekabr 2020

Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Femida.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.
Femida.az
Oxunub: 290
Oxşar xəbərlər
- İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
- Fransada məhbuslar həbsxananı yandırıblar
- Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
- Fransa parlamentinə Azərbaycanla bağlı qətnamə layihəsi təqdim olunub
- Azərbaycan əsilli məşhur aktyor Fransada vəfat edib
- Səfir Qross: “Fransa Azərbaycanın da dostudur”
- Fransa paytaxtında aksiyalar zamanı saxlanılanların sayı 140 nəfəri keçib
- Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
- Fransada avtomobillər yandırılıb, mağazalar talan edilib, saxlanılanlar var
- Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”