Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışıb
18:42 04 Dekabr 2020

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstanın Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub.
XİN-dən Femida.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 219
Oxşar xəbərlər
- Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
- Ceyhun Bayramov və Lavrov telefonla danışdı
- Ceyhun Bayramov Pakistan Prezidenti ilə görüşdü
- Ceyhun Bayramov Xorvatiyaya başsağlığı verdi
- Ceyhun Bayramov BMT, Aİ və Dünya Bankı rəsmiləri ilə Qarabağın bərpasını müzakirə edib
- Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki son vəziyyəti müzakirə edib
- Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
- Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
- Ceyhun Bayramov İndoneziyanın yeni səfiri ilə görüşüb
- Ceyhun Bayramov Əfqanıstan nümayəndə heyəti ilə görüşüb