Lavrov: “Türkiyə ilə fikir ayrılığımız yoxdur”


09:33     05 Dekabr 2020 lavrovsmokes.jpg

Bizim Türkiyə ilə prinsipial fikir ayrılığımız yoxdur.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Aralıq dənizi: Roma Dialoqu" beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq:

“Türkiyə ilə heç bir əsaslı fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir. Onlar heç kimin qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”, - deyə S.Lavrov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 328