Xaçmazda evlərdən oğurluq edən şəxs tutuldu
10:15 05 Dekabr 2020
Xaçmaz rayonunda evlərdə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir oyun zalından iki ədəd televizor, iki ədəd rəqəmsal oyun avadanlığı, bir ədəd mobil telefon, qızıl-zinət əşyaları və bir ədəd notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb.
Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib.
N.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb.
Saxlanılan şəxs qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti isə maddi sübut kimi götürülüb.
N.Əliyev barəsində Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Oxunub: 391
Oxşar xəbərlər
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda yol qəzası olub, ölən var
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Xaçmazda “TIR” kişini vuraraq öldürüb
- Xaçmazda oğul atasını qətlə yetirib
- Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib