Vəkillər Kollegiyasından 230 beynəlxalq təşkilata müraciət
12:24 05 Dekabr 2020

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulub.
Bu barədə Femida.az -a Vəkillər Kollegiyasından məlumat verilib.
Məlumatda bildirlib ki, erməni silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu: "Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsərdilər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Vəkillər Kollegiyasının üzvü vəfat edib
- Vəkillər Kollegiyası dövlətə 2,8 milyon manat qaytardı
- Azərbaycanlı vəkillərə beynəlxalq mükafat verildi
- Dövlət hesabına təyin olunan vəkillərə 2.6 milyon manat ödənilib
- Prezident bu vəkillərə “Tərəqqi” medalı verdi - SƏRƏNCAM
- Vəkillərin peşə bayramı günüdür
- Bu vəkillərin ailələrinə hər ay 500 manat ödəniləcək
- Vəkil koronavirusdan vəfat etdi
- Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası
- Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub