İndiyədək şəhid ailələri və Qarabağ əlillərinə 9 minə yaxın ev verilib
14:13 05 Dekabr 2020
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a bildirilib ki, Nazirlik tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Salyanda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ərazilərimizi erməni faşizminin əsarətindən azad edən Ali Baş Komandanımızla, rəşadətli Silahlı Qüvvələrimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Bildiriblər ki, 44 günlük Vətən Müharibəsinin hər günündə xalqımız cəbhədən yalnız qələbə müjdələri aldı. Ordumuz daim irəliləyərək düşməni doğma torpaqlarımızdan qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.
Həmişə dövlət tərəfindən onların təminatı sahəsində aparılan işlərdən razılıq edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğıya, bu gün isə yeni evlərlə təmin olunduqlarına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara rekord sayda - azı 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1 000-i verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- İndiyədək qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib
- İndiyədək 2000-ə yaxın qaziyə əlillik təyin edilib
- İndiyədək peyvənd olunanların sayı açıqlandı
- İndiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- İndiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib
- İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub
- İndiyədək ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub
- İndiyədək ümumilikdə 114 025 nəfər koronavirusa yoluxub