"Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir" - Təhsil naziri


15:55     05 Dekabr 2020 2020/07/emin_esas_1595841182.jpg

Mənim baxışıma görə valideyn məktəbə pul ödəməməlidir. Bu, düzgün deyil. Lakin valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var. Bu o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir.

Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir.

Nazir bildirib ki, il ərzində bir neçə direktor işdən azad edilir və bu davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 373