Bakıda 18 mərtəbəli binada yanğın olub


18:48     05 Dekabr 2020 natiq_yangin.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Açar sözlər:

Oxunub: 426