Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
18:52 05 Dekabr 2020

“Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”.
Femida.az -ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.
“Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Minsk qrupunun həmsədri olan Fransa parlamentinin verdiyi qərara da öz mövqeyini bildirib. O, Fransa Senatının bu qərarını qalmaqallı adlandırıb: “Qardaşım İlham Əliyevin də dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli onlara verə bilər. Heç bir ölkənin başqa bir ölkənin torpaqlarına bu qədər alçaqcasına hücumu qəbul edilə bilməz. Suriyadan Liviyaya qədər hər yerdə bənzər davranışlara yol verən Fransa problemin həllinə çalışdığını deyil, problemin bir hissəsi olduğunu sübuta yetirir. Ən son Livanda da eyni oyunu oynadı və nəticə almadı. Fransanın bu təhlükəli addımlarına beynəlxalq ictimaiyyətin laqeyd qalmayacağına ümid edirəm. Türkiyə hər zaman və hər yerdə olduğu kimi, haqlının, məzlumun yanında olan siyasətini davam etdirəcək”.
Oxunub: 243
Oxşar xəbərlər
- Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
- Prezident: "Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək"
- “Azəriqaz”: “Məcburi köçkünlərin borcu hələ də ödənilməyib”
- Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”
- Lavrov: "Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb"
- Ailə faciəsi: Ana və üç övladı yanaraq həlak olub
- Ədliyyə naziri: “Qanunsuz ayrılan 8 200 hektardan artıq torpaq geri qaytarılıb”
- BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
- İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
- Prezident: "Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda güdülən məqsəd aydın idi"