Parisdə polislə aksiyaçılar arasında qarşıdurma olub


19:35     05 Dekabr 2020 20_12_05_1607182558.jpg

Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsinin 24 maddəsinə qarşı yeni genişmiqyaslı aksiya keçirilib.

Bu barədə Femida.az “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, aksiya zamanı polislərə daşlar və digər əşyalar atılıb. Buna görə də, polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma yaranıb.

Yürüş Port-de-Lila limanından başlanıb və “Republika” meydanına doğru yönəlib. Etirazçılar arasında adətən aksiyalarda qarışıqlıqlar yaradan qara paltarlı adamlar da olub.

Yerli vaxtla saat 15:00-də (Bakı vaxtı ilə saat 18:00-də) vəziyyət gərginləşməyə başlayıb. Polislərə daşlar atılıb, kütlə fişənglər yandırıb. Polis gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edilir ki, bu dəfə aksiyalara daha böyük sayda polis və jandarmlar səfərbər edilib.

Aksiyalar sabah Fransanın başqa şəhərlərində keçiriləcək.

Açar sözlər:

Oxunub: 435