Bakıda 24 yaşlı koronavirus xəstəsi barəsində cinayət işi başlanıb - FOTO
19:40 05 Dekabr 2020

Daxili işlər orqanları tərəfindən “COVID-19” xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi ciddi nəzərətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.
Oxunub: 257
Oxşar xəbərlər
- Bakıda süpürgəçi qadını avtomobil vurub
- Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO
- Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb
- Bakıda toz dumanı müşahidə edilir
- Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var
- Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı
- Bakıda karantin qaydalarını pozan moda evi aşkarlanıb - FOTO - VİDEO