Fransada avtomobillər yandırılıb, mağazalar talan edilib, saxlanılanlar var
22:05 05 Dekabr 2020

Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər üç avtomobili yandırıblar.
Bu barədə Femida.az “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, yanğın Qambetta prospektində olub, partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Məlumata görə, hadisədən bir qədər əvvəl buradan “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz edənlər keçib.
Yerli mətbuat bildirib ki, Parisdə talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıblar.
“Polis Parisdə şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfəri saxlayıb”, - bunu isə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.
O, aksiyanın yatırılmasında iştirak edən polislərə təşəkkür edib. Nazirin sözlərinə görə, orada asayiş keşikçiləri bəzən "çox amansız insanlarla" rastlaşırlar.
Oxunub: 186
Oxşar xəbərlər
- Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb
- Fransada 130 mindən çox insan etiraz aksiyalarına qatılıb
- Fransada xüsusi karantin rejimi uzadılıb
- Fransada 8 mindən çox insan koronavirusun qurbanı oldu
- Fransada asma körpü çöküb, ölən və yaralananlar var
- Fransada 100-dən çox etirazçı saxlanılıb
- Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı deportasiya ediləcək
- Fransada zəlzələ: Ölənlər var
- Fransada 4 min məktəb bağlandı - Dəhşətli istilərə görə
- Fransada Azərbaycan məktəbi açıldı