Bakıda ata və oğul yol qəzasında xəsarət aldı


22:25     05 Dekabr 2020 20_12_05_1607193143.jpg

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Qasımov Fəraiz Qasım oğlu və övladı, 1996-cı il təvəllüdlü Qasımov Nicat Fəraiz oğlu, habelə daha bir nəfər - sərnişin, 1995-ci il təvəllüdlü Əliyev Babək Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 352