Sumqayıtda qadın özünü səkkizinci mərtəbədən atıb


10:06     06 Dekabr 2020 20_12_06_1607234926.jpg

Sumqayıtda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tünzalə Qənbərova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 385